özəlləşdirmə əqdi

Dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsi

özəl tibbi praktika
özəlləşdirmə qiymətli kağızları
OBASTAN VİKİ
Özəlləşdirmə
Özəlləşdirmə — Dövlət mülkiyyətinin ümumi üstünlüyü ilə müəyyən olunan bazar təsərrüfatının formalaşmasının əsası, sahibkarlığın quruluşunun optimallaşma yolu kimi dövlətsizləşdirmə və özəlləşmənin labüdlüyünü tələb edir. Dövlətsizləşdirmə dövlət mülkiyyətinin dəyişdirilməsi üzrə tədbirlər məcmusudur ki, bu da dövlətin iqtisadiyyatda hədsiz rolunu aradan qaldırmağa yönəldilir. Dövlətsizləşdirmə dövlətdən təsərrüfat idarəçiliyinin əksər vəzifələrinin alınması, müvafiq səlahiyyətlərin müəssisələrə verilməsi, şaquli təsərrüfat əlaqələrinin üfüqilərlə əvəz olunmasını bildirir. Dövlətsizləşdirmə dövlətin iqtisadi sahədən tam çıxması ilə nəticələnmir. Müasir istehsal dövlətin tənzimləməsi olmadan müvəffəqiyyətli inkişaf edə bilmir ki, bu da yalnız müəyyən hədlər daxilində səmərəlidir. Əgər bu hədlər pozularsa, ictimai istehsalın səmərəliliyi azalar. Hazırda dövlətsizləşdirmə xətti ümumdünya xarakteri daşıyır. Dövlətsizləşdirmə müxtəlif istiqamətlər üzrə həyata keçirilə bilər: mənimsəmə prosesinin dövlətsizləşdirməsi, hər bir işçinin və əmək kollektivinin mənimsəmənin, inhisarsızlaşmanın bərabərhüquqlu iştirakçısı kimi tanınması; müxtəlif təsərrüfatçılıq formalarının yaradılması, müəssisələrin bütün formalarına qanun çərçivəsində təsərrüfat fəaliyyətində eyni dərəcədə sərbəstlik verilməsi; yeni təşkilati quruluşların formalaşması, üfüqi əlaqələrin aparıcı rol oynadığı sahibkarlıq fəaliyyətinin yeni formalarının (konsernlər, şirkətlər, assosiasiyalar) yaradılması. Dövlətsizləşdirmə inhisarçılığın dəf edilməsinə, rəqabətin və sahibkarlığın inkişaf etdirilməsinə yönəldilir. Bu bazar iqtisadiyyatına keçidin mərkəzi problemidir.

Digər lüğətlərdə